nazly

Dəstək

Sualınız və ya problemiz var? Bizimlə əlaqə saxlayın — adətən 24 saat ərzində cavab veririk.

Əlaqə

Tez-tez verilən suallar

Randevunu necə ləğv edə bilərəm?

Tətbiqdə "Randevularım" bölməsinə keçin, randevunu seçin və "Ləğv et" düyməsinə basın. Randevuya 2 saatdan az qalmışsa, ləğv gecikmiş sayılır və hesabınıza xəbərdarlıq yazılır.

Təsdiq kodu (SMS) gəlmir, nə etməliyəm?

Nömrənin düzgün yazıldığını və şəbəkənin olduğunu yoxlayın, sonra 60 saniyə gözləyib kodu yenidən istəyin. Kod yenə gəlmirsə, aşağıdakı WhatsApp nömrəsi ilə bizə yazın.

Usta kimi necə qeydiyyatdan keçim?

Tətbiqi yükləyin, nömrənizi təsdiqləyin və rol seçimində "Usta" seçin. Profil, xidmətlər və iş qrafikini doldurduqdan sonra profiliniz kataloqda görünəcək.

Hesabımı və məlumatlarımı necə silim?

Tətbiqdə Profil → "Hesabı sil" düyməsinə basın. Bütün məlumatlarınız dərhal silinir. Alternativ olaraq aşağıdakı e-poçt ünvanına yazın.

Xidmət pulludurmu?

Müştərilər üçün Nazly tam pulsuzdur. Ustalar üçün qeydiyyat və profil hazırda pulsuzdur.

Həmçinin baxın: Məxfilik siyasəti · İstifadə şərtləri